ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Su təchizatı

Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq təsdiq edilmiş tariflərlə həyata keçirilsin.

 

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 1,00 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,90 manat təsdiq edilsin.

 

Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilsin.

 

Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilsin.

 

Tullantı sularının axıdılması xidmətinə görə ödəniş müvafiq xidmət şəbəkəsi mövcud olduğu təqdirdə həyata keçirilir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 
Qərarlarının siyahısı