İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

05.12.2023

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə

QƏRAR № 12

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 12

Bakı şəhəri,  5 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin

tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın” 9.5-ci və 9.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarının 1-ci hissədəki cədvəlindən “yaşayış sahəsi” və “isidilən həcm” sözləri çıxarılsın.

2. Bu qərar 2023-cü il 6 dekabr tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov


© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası