ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi haqqında

9 IYUL 2024 - 16:27

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 11

 

Bakı şəhəri, 9 iyul 2024-cü il

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bəzi qərarlarının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il 20 iyun tarixli 3-27/3-7-8/2024 nömrəli, 2024-cü il 28 iyun tarixli 3-27/3-7-9/2024 nömrəli və 2024-cü il 28 iyun tarixli 3-27/3-7-10/2024 nömrəli Kollegiya Qərarlarını nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ekspress rejimdə hərəkət edən avtobuslarda sərnişindaşıma xidmətinin tarifinin tənzimlənməsi barədə” 2015-ci il 25 dekabr tarixli 16 nömrəli və “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” 2023-cü il 31 yanvar tarixli 1 nömrəli qərarları ləğv edilsin.

 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov