İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

05.12.2023

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə

QƏRAR № 11

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 11

Bakı şəhəri, 5 dekabr 2023-cü il

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə 

  

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1.  Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilsin (əlavə olunur ).

2.  Bu qərar 2023-cü il 8 dekabr tarixindən qüvvəyə minir.


 Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası