İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

17.10.2023

Ödənişli avtomobil yolu ilə gediş tariflərinin təsdiq edilməsi barədə

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 8

Bakı şəhəri, 17 oktyabr 2023-cü il

Ödənişli avtomobil yolu ilə gediş tariflərinin təsdiq edilməsi barədə
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” 2023-cü il 5 sentyabr tarixli 309 nömrəli Qərarına uyğun olaraq və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Ödənişli avtomobil yolu ilə gediş tarifləri təsdiq edilsin (əlavə olunur ).

2. Bu qərarla təsdiq edilən tariflər M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan yeni avtomobil yolunun 129 kilometrlik hissəsinə tətbiq edilir.

3. “Avtomobil yolları haqqında” Qanuna əsasən, bu qərar müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələrinə şamil edilmir.

4. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ödənişli avtomobil yolundan istifadə üzrə müddətli tariflər barədə təkliflərini 2024-cü il 1 aprel tarixinədək təqdim etsin. 

5. Bu Qərar 2023-cü il 20 oktyabr tarixindən qüvvəyə minir. 
 
 
 
Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                       Mikayıl Cabbarov 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası