İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.10.2022

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş VII Bölmənin - “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin ləğv edilməsi haqqında

QƏRAR № 14

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 14

Bakı şəhəri, 26 oktyabr 2022-ci il

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş
VII Bölmənin - “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin ləğv edilməsi haqqında 
 
  
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 26 avqust tarixli 1834 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş VII Bölmə - “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” ləğv edilsin.

  
 
Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası