İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.01.2022

“Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

QƏRAR № 2

 

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR

№ 2 

Bakı şəhəri  13 yanvar 2022-ci il 

“Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Təhlükəli tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 3 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin 2-ci sətri ləğv edilsin, 3-cü sətrdəki “Digər” sözü çıxarılaraq müvafiq sətrin sıra nömrəsi “2” rəqəmi ilə əvəz edilsin.

2. Bu qərar 2022-ci il 17 yanvar tarixindən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                              Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası