İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

14.01.2022

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 1

 

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 1 

Bakı şəhəri  13 yanvar 2022-ci il 

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tarifləri təsdiq edilsin (əlavə olunur ).

2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 2011-ci il 31 yanvar tarixli 2 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.

3. Bu qərar 2022-ci il 17 yanvar tarixindən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                             Mikayıl Cabbarov


 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası