İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

16.10.2021

Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 14

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 14

Bakı şəhəri, 16 oktyabr 2021-ci il

Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Elektrik enerjisinin ölkədaxili tarifləri təsdiq edilsin (əlavə olunur).
 
2. Bu qərarın cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş tarifə elektrik enerjisinin istehsalı və elektrik şəbəkələrinə ötürülməsi ilə bağlı bütün xərclər daxildir.
 
3. Bu qərarın cədvəl bölməsinin 2.1.1-ci və 2.1.2-ci sətirləri ilə müəyyən edilmiş tariflərlə 2-ci sətri ilə müəyyən edilmiş topdansatış tarifi arasında yaranan fərq “Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinə aid edilsin.
 
4. Elektrik enerjisinin digər təsərrüfat subyektlərinə məxsus şəbəkə və ötürücü qurğular vasitəsi ilə tranzit ötürülməsi bu qərarın cədvəl bölməsinin 3-cü sətri ilə müəyyən edilmiş tariflər ilə həyata keçirilsin.
 
5. Elektrik enerjisi tranzit ötürüldüyü təqdirdə, tranzit ötürülmə xərcləri bu qərarın cədvəl bölməsinin 2.1-ci sətrində nəzərdə tutulan hallarda 2.1.1-ci və 2.1.2-ci sətirlərlə müəyyən edilmiş tariflərə əlavə edilməklə istehlakçı, digər hallarda isə elektrik enerjisinin satışını həyata keçirən təsərrüfat subyekti tərəfindən ödənilsin.
 
6. Bu qərarın cədvəl bölməsinin 4.1.1-ci, 4.1.2-ci və 4.1.3-cü sətirlərində aylıq istehlak həcmi dedikdə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki istehlakı nəzərdə tutulur.
 
7. Bu qərarda əhali istehlakçı qrupuna elektrik enerjisini şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri aiddir.
 
8. Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinin istehlak etdikləri elektrik enerjinin təchizatı (satışı) “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq müəyyən edilən qiymətlə həyata keçirilir.
 
9. “Azərenerji” ASC-nin istehsalı olan istilik enerjisinin “Azəristiliktəchizat” ASC-yə topdansatış tarifi ƏDV daxil olmaqla 3 manat/Qkal, digərlərinə isə 40 manat/Qkal səviyyəsində müəyyən edilsin.
 
10. 01.11.2021-ci il tarixinədək ölkə daxilində elektrik enerjisinin dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tariflərə uyğun olaraq hesablansın.
 
11. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı bu qərar qüvvəyə mindiyi tarixdən ləğv edilsin.
 
12. Bu qərar 2021-ci il 1 noyabr tarixindən qüvvəyə minir. 
 
 

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                   Mikayıl Cabbarov
 
 
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası