İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

01.08.2014

Dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 5

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №5

Bakı şəhəri, 1 avqust 2014-cü il

Dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı xidmətlərin tariflərinin tənzimlənməsi barədə 

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 may 2014-cü il tarixli 161 nömrəli Fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Beynəlxalq səfərlər zamanı dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı göstərilən xidmətlərin tarifləri gəminin ümumi tutumundan asılı olaraq ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin:
 

Xidmətin adı

Tarif (manat/m3)

Tanker

Sərnişin, Ro-Ro, Bərə və konteyner gəmiləri

Digər gəmilər

15 min m3-ə qədər olan hissə üçün (15 min m3 daxil olmaqla)

15 min m3-dən artıq olan hissə üçün

8 min m3-ə qədər olan hissə üçün (8 min m3 daxil olmaqla)

8 min m3-dən artıq olan hissə üçün

I

II

III

IV

V

VI

VII

1.

Gəmi yığımı

(limana bir giriş-çıxış üzrə)

0,09

0,045

0,035

0,1

0,05

2.

Kanal yığımı

(limana bir giriş-çıxış üzrə)

0,01

0,005

0,01

0,04

0,01

3.

Bələdçi yığımı:

 

 

 

 

 

3.1.

liman daxili (saat üzrə)

0,02

0,01

0,01

0,02

0,02

3.2.

limandan xaric (mil üzrə)

0,0017

0,00085

0,0005

0,003

0,003

4.

Naviqasiya və mayak yığımı

(limana bir giriş-çıxış üzrə)

0,03

0,015

0,0127

0,04

0,01

5.

Lövbər yığımı (gün üzrə)

0,0004

0,0002

0,0002

0,0002

0,0002

 
2. Kabotaj səfərlər zamanı dəniz üzgüçülüyünün hərəkət təhlükəsizliyi ilə bağlı göstərilən xidmətlərin tarifləri (bütün yığımlar daxil olmaqla) limana bir giriş-çıxış üzrə ƏDV-siz aşağıdakı səviyyədə təsdiq edilsin:
 

Gəminin ümumi tutumu

Tarif

(manat)

I

II

III

1.

500 m3-dək olduqda (500 m3 daxil olmaqla)

30

2.

500 m3-dən 2000 m3-dək olduqda (2000 m3 daxil olmaqla)

80

3.

2000 m3-dən 5000 m3-dək olduqda (5000 m3 daxil olmaqla)

200

4.

5000 m3-dən 10000 m3-dək olduqda (10000 m3 daxil olmaqla)

275

5.

10000 m3-dən 35000 m3-dək olduqda (35000 m3 daxil olmaqla)

350

6.

35000 m3-dən yuxarı olduqda

625

 
3. Müəyyən edilsin ki, bu qərarın 2-ci bəndinin cədvəl hissəsi ilə təsdiq edilmiş tariflər xətti üzmə marşrutuna malik müntəzəm sərnişindaşıma həyata keçirən gəmilər və ya eyni iki liman arasında hərəkət edən gəmilər üzrə limanlara giriş-çıxışın sayından asılı olmayaraq bir gün üçün tətbiq olunur.
4. Bu qərar 4 avqust 2014-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası