İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Dərman alanların nəzərinə!

12.05.2016

Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7075-nin qiyməti təsdiq edilmişdir.

Bunlardan 5741-nin qiymətləri qüvvəyə minmiş və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcəkdir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsi iyun ayının sonunadək başa çatdırılacaqdır.
 
Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilmiş, bir sıra kütləvi informasiya vasitələrində dərc edilmişdir. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.
 
Təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.
 
Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur. 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası