|
 |
XƏBƏRLƏR
19.09.2011
Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası keçiriləcək
2011-ci ilin 22-23 sentyabr tarixlərində Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası keçiriləcəkdir.
ətraflı
23.05.2011
Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) 10-cu Konfransı keçirilmişdir
2011-ci ilin 16-19 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Energetikanın tənzimlənməsi və İnvestisiyalar üzrə 10-cu Konfransı, Ümumi Yığıncağı və İdarə Heyətinin iclası keçirilmişdir. Konfransda ERRA-nın üzvləri də daxil olmaqla dünyanın 30-dan çox ölkəsinin, o cümlədən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının nümayəndələri iştirak etmişlər.
ətraflı
01.02.2011
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının katibi Elşən Əsədovun "Trend" Analitik-Informasiya Agentliyinə müsahibəsi
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının son qərarı ilə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik. - Qeyd etdiyiniz kimi, Tarif (qiymət) Şurasının dünən keçirilmiş iclasında aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Aparılmış tarif dəyişikliklərinin əsas səbəbi mövcud tariflərin bu xidmətlərə çəkilən xərcləri ödəməməsi ilə yanaşı, bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır.
ətraflı
31.01.2011
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
Yanvarın 31-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
ətraflı
29.12.2010
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
Əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılması, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi strategiyasının əsas məqsədidir.
ətraflı
10.11.2010
Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir
2010-cu il noyabrın 10-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən göstərilən kadastr xidmətlərinin tariflərinin tənzimlənməsi məsələsinə baxılmışdır.
ətraflı
|