İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurası

Şuranın Katibliyi


Azərbaycan Respublikası Prezidentinin 26.12.2005-ci il tarixli 341 nömrəli Fərmanına əsasən, Şuranın cari fəaliyyətinin təşkili üçün Şuranın ictimai əsaslarla fəaliyyət göstərən Katibliyi yaradılıb.

Şuranın sədri Katibliyin Əsasnaməsini və Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibini təsdiq edir.

Katiblik müvafiq icra hakimiyyəti orqanlarının, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla Katibliyin işçi qruplarını formalaşdırır.

Katiblik aidiyyəti dövlət orqanlarından, mülkiyyət formasından və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlardan baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır.

Katibliyin gerbsiz möhürü, ştampları və blankları vardır.


© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası