sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılmasında iştirak edir;
sektorun əməkdaşları arasında qarşılıqlı və səmərəli işin qurulmasını təmin edir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlayır;
sektorun iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;
Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair şöbə müdirinə təkliflərini təqdim edir, sektor tərəfindən qanunvericilik aktlarının və zəruri olan digər sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət edir;
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsini təmin edir;
bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlərin görülməsini təmin edir;
əsas vəsaitlərin və azqiymətli, tez köhnələn əşyaların hərəkətinə nəzarəti həyata keçirir;
əmək haqqının hesablanmasının həyata keçirilməsini, maliyyə əməliyyatları ilə bağlı digər sənədlərin tərtib edilməsini təmin edir;
ezamiyyət, məzuniyyət, mükafatlandırma ilə bağlı və s. bu kimi aidiyyəti əmrlərin layihələrinin hazırlanmasında iştirak edir;
mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunmasını təmin edir;
əsas vəsaitlərin inventarlaşdırılmasının aparılmasını təşkil edir;
rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.