AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 7
Bakı şəhəri, 30 dekabr 2025-ci il
“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasının, iqtisadi reinteqrasiyanın və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli 4 nömrəli Qərarına aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
“1-1. İşğaldan azad edilmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilsin:
1-1.1. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavənin 1.1-ci, 1.2-ci, 2.1-ci və 2.2-ci sətirləri üzrə — ödənişsiz;
1-1.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əlavənin 1.3-cü sətri üzrə — 102,55 manat.”.
2. Bu Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov