ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə

3 MAY 2024 - 16:32

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 4

 

Bakı şəhəri, 3 may 2024-cü il

 

Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə

 

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 773-VIQD nömrəli Qanununun tətbiqi və “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 fevral tarixli 2034 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən, Nazirlər Kabinetinin 21.11.2023 tarixli 422 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiya”ya və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğləri təsdiq edilsin (əlavə olunur).

2. Qoşulma və elektrik enerjisinin təchizatı xidmətləri üzrə xərclərin uçotunun ayrı-ayrılıqda aparılması və qoşulma xidməti üzrə gəlir və xərclərə dair hər növbəti il ötən ilin faktiki, cari ilin proqnoz məlumatlarının İqtisadiyyat və Energetika nazirliklərinə təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın.

3. Yüksək gərginlikli şəbəkədən qoşulma xidməti üzrə təkliflərin təqdim edilməsi “Azərişıq” ASC-yə tapşırılsın. 

4. Bu Qərar 2024-cü il 3 iyun tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                            Mikayıl Cabbarov