AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 8
Bakı şəhəri, 30 dekabr 2025-ci il
“Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifi nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.2-ci bəndə aşağıdakı məzmunda 4.2.3-1-ci yarımbənd əlavə edilsin:
4.2.3-1. | Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi | min m3 | 200,6 |
1.2. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:
6. | Sabit tarif (hər ay üçün) |
|
|
6.1. | Əhali və məişət qaz qurğuları istifadə edən qeyri-əhali | abonent | 1,0 |
6.2. | Sənaye qaz qurğusu istifadə edən qeyri-əhali | abonent | 3,0 |
2. Bu Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov