AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 14
Bakı şəhəri, 25 sentyabr 2024-cü il
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli və “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında” 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 aprel tarixli 197 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarının 1-ci hissədəki cədvəlindən “qeyri-əhali”, “1 m3”, “1Qkal”, “0,25 aylıq” sözləri və “30” rəqəmi çıxarılsın.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov