AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 3
Bakı şəhəri, 1 iyun 2026-cı il
“Ödənişli avtomobil yolu ilə gediş tariflərinin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2023-cü il 17 oktyabr tarixli 8 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2023-cü il 17 oktyabr tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödənişli avtomobil yolu ilə gediş tarifləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə “3-4 oxlu və ya TIR” sözləri “3 və daha çox oxlu” sözləri ilə əvəz edilsin.
1.2. aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
5. | Motosikletlər | 5,0 |
2. Bu Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov