ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edir

27 IYUL 2015 - 16:52

27.07.2015Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:● ərizə● əmək kitabçasının surəti● ali təhsil haqqında diplomun surəti (xarici dövlətin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)● kadr uçotunun şəxsi vərəqəsi (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir)● bir ədəd ağ fonda rəngli fotoşəkil (4x6 sm ölçüdə)● son bir ildə intizam tənbehinin tətbiq edilməməsi barədə arayışMüsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2015-ci il 27 iyul tarixindən 2015-ci il 10 avqust tarixinədək (10 avqust da daxil olmaqla) tarixinədək, saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinə müraciət edilə bilər.Telefon: (+99412) 598-38-641. Struktur bölmə: Təhlil və tənzimləmə şöbəsi, Nəqliyyat və rabitə xidmətləri sektoru 

Vakant vəzifə: sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, “Hökumət Evi”İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı 580

Qulluq funksiyaları: 

• sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılmasında iştirak edir;• sektorun əməkdaşları arasında qarşılıqlı və səmərəli işin qurulmasını təmin edir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;• sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlayır;• sektorun iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;• Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair şöbə müdirinə təkliflərini təqdim edir, sektor tərəfindən qanunvericilik aktlarının və zəruri olan digər sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət edir;• sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;• tarif (qiymət) tənzimlənməsi məsələləri ilə bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər verir, normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir və müvafiq sahədə xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;• Şuranın və Katibliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəqliyyat və rabitə xidmətləri göstərən təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillər aparır, müvafiq təklif və hesabatlar hazırlayır, subyektlərin müraciətlərinə baxılması üçün müvafiq məlumatların təmin edilməsinə dair tədbirlər görür; • Şuranın qərarlarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasında və nəticələrinə dair arayışların hazırlanmasında, tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;• dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın və Katibliyin fəaliyyətinin əlaqələndirilməsində, müvafiq sahədə təkliflərin və hesabatların hazırlanmasında iştirak edir;• rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Vəzifənin tutulması şərtləri:

Təhsil: İqtisadiyyat və idarəetmə, texniki, riyaziyyat və tətbiqi riyaziyyat ixtisas istiqamətləri üzrə ali təhsil;

İş stajı: 5 il;

Kompüter bilikləri: MS Office, İnternet və s. (yüksək səviyyədə);Xarici dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).2. Struktur bölmə: Təhlil və tənzimləmə şöbəsi, Əczaçılıq, ekspertiza və digər xidmətlər sektoru

Vakant vəzifə: sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, “Hökumət Evi”

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı 580

Qulluq funksiyaları:

• sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılmasında iştirak edir;• sektorun əməkdaşları arasında qarşılıqlı və səmərəli işin qurulmasını təmin edir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;• sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlayır;• sektorun iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;• Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair şöbə müdirinə təkliflərini təqdim edir, sektor tərəfindən qanunvericilik aktlarının və zəruri olan digər sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət edir;• sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;• tarif (qiymət) tənzimlənməsi məsələləri ilə bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər verir, normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir və müvafiq sahədə xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;• Şuranın və Katibliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə əczaçılıq, ekspertiza və digər xidmətləri göstərən təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillər aparır, müvafiq təklif və hesabatlar hazırlayır, subyektlərin müraciətlərinə baxılması üçün müvafiq məlumatların təmin edilməsinə dair tədbirlər görür; • dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi üçün Katibliyə təqdim edilmiş sənədlərin araşdırılmasını təşkil edir;• dərman vasitələrinin qiymətlərinin bazis qiymətlər əsasında tənzimlənməsi məqsədilə istinad ölkələrinin müəyyənləşdirilməsi istiqamətində təhlillər aparır;• əczaçılıq subyektləri tərəfindən təqdim edilmiş qiymət bəyannamələrində göstərilən məlumatların tam və düzgün olmasının araşdırılmasını təşkil edir;• əczaçılıq subyektləri tərəfindən sənədlər tam və ya düzgün təqdim edilmədikdə, çatışmazlıqlar barədə Katibliyin rəhbərinə məlumat verir; • Şura tərəfindən təsdiq edilmiş dərman vasitələrinin qiymətlərinin məlumat bazasının yaradılmasını və mütəmadi monitorinqininin aparılmasını təşkil edir;• Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı Şuranın qərarlarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasında və nəticələrinə dair arayışların hazırlanmasında, tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;• dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın və Katibliyin fəaliyyətinin əlaqələndirilməsində, müvafiq sahədə təkliflərin və hesabatların hazırlanmasında iştirak edir;• rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Vəzifənin tutulması şərtləri:

Təhsil: İqtisadiyyat və idarəetmə, səhiyyə, biologiya, riyaziyyat və tətbiqi riyaziyyat ixtisas istiqamətləri üzrə ali təhsil;

İş stajı: 5 il;

Kompüter bilikləri: MS Office, İnternet və s. (yüksək səviyyədə);

Xarici dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).