ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə

2 YANVAR 2025 - 12:02

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 17

 

Bakı şəhəri, 29 dekabr 2024-cü il

 

“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətin tarifinin tənzimlənməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “Azəristiliktəchizat” ASC-nin müraciəti nəzərə alınaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 

  1. “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,60 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 müçün ƏDV daxil olmaqla 0,30 manat təsdiq edilsin.
  2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 2011-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarı ləğv edilsin.
  3. Bu qərar 2025-ci il 2 yanvar tarixindən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov