ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə

5 DEKABR 2023 - 11:01

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 12

 

Bakı şəhəri, 5 dekabr 2023-cü il

 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın” 9.5-ci və 9.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Qərarının 1-ci hissədəki cədvəlindən “yaşayış sahəsi” və “isidilən həcm” sözləri çıxarılsın. 

2. Bu qərar 2023-cü il 8 dekabr tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                                               Mikayıl Cabbarov