ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”da dəyişiklik edilməsi barədə

30 DEKABR 2025 - 14:35

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 11

 

Bakı şəhəri, 30 dekabr 2025-ci il

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”da dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.3. bu təlimatın 3.2.1-3.2.2-ci yarımbəndlərində göstərilməyən ölkələrdə istehsal olunan dərman vasitəsinə münasibətdə:

3.2.3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 26 dekabr tarixli 480 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması şamil olunan ölkələrin və xarici (beynəlxalq) təşkilatların Siyahısı”nın qeyd edilən ölkələrin azı birində dövlət qeydiyyatına alındığı və satışda olduğu və ya Avropa Dərman Agentliyi tərəfindən mərkəzləşdirilmiş qeydiyyat proseduru ilə qeydiyyata alındığı təqdirdə bu təlimatın 3.2.1.1-ci və ya 3.2.1.2-ci yarımbəndlərinə uyğun olaraq ölkədaxili TƏM-ə şərti satış qiyməti hesablanır;

3.2.3.2. digər hallarda bu təlimatın 2.5.1-2.5.5-ci yarımbəndlərinə uyğun olaraq müəyyən edilən ən aşağı bazis qiymətinə nəzarət markasının qiyməti əlavə olunmaqla ölkədaxili TƏM-ə şərti satış qiyməti hesablanır.”

1.2. Aşağıdakı redaksiyada 3.2.4-cü yarımbənd əlavə edilsin:

“3.2.4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Etibarlı İstehsalat Təcrübəsinə dair Tələblər”ə uyğunluğunu təsdiq edən rəyə malik olan yerli istehsalçının istehsal etdiyi dərman vasitələri üçün ölkədaxili TƏM-ə şərti satış qiyməti bu təlimatın 3.2.1.1-ci və ya 3.2.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanır.”

2. Bu Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                           Mikayıl Cabbarov