ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə ELAN EDİR

18 JULY 2019 - 16:51

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;

• əmək kitabçasının surəti;

 

• ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə);

 

• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

 

• iki ədəd ağ fonlu rəngli fotoşəkil (4 x 6 sm ölçüdə);

 

• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış.

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2017-ci il 18 sentyabr tarixindən 2017-ci il 2 oktyabr tarixinədək Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

 

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinə müraciət edilə bilər.

 

Telefon: (+99412) 598 38 64

 

Dövlət orqanının adı:Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi
Şöbənin adı:Hüquq, kadrlar və təşkilati şöbəsi
Vəzifənin adı:Hüquq, kadrlar və təşkilati şöbəsinin müdir müavini
Vəzifə maaşı:750 AZN
Vəzifə təsnifatı:4-cü təsnifat
İş yerinin ünvanı:Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 40, “Hökumət evi”
Bilavasitə tabe olduğu şəxs:Şöbə müdiri
Tabeliyində olan əməkdaşlar:11 nəfər
Qulluq funksiyaları:

- şöbənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsində, şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılmasında iştirak edir;

- şöbənin əməkdaşları arasında qarşılıqlı və səmərəli işin qurulmasını təmin edir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;

- şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak edir, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

- şöbənin iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;

- Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair Şuranın katibinə və ya şöbə müdirinə təkliflərini təqdim edir, şöbə tərəfindən qanunvericilik aktlarının və zəruri olan digər sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət edir;

- Şuranın katibinin tapşırığı üzrə etibarnamə əsasında Katibliyi məhkəmələrdə tərəf qismində təmsil edir, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir;

- şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;

- tarif (qiymət) tənzimlənməsi məsələləri ilə bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər verir, normativ-hüquqi aktların layihələrini hazırlayır və müvafiq sahədə xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsini təmin edir;

- Katiblikdə əmək münasibətlərinin, kadr və maliyyə-təsərrüfat işlərinin təşkilini və tənzimlənməsini təmin edir;

- dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın və Katibliyin fəaliyyətinin əlaqələndirilməsini, müvafiq sahədə təkliflərin və hesabatların hazırlanmasını təmin edir;

- Katiblikdə kargüzarlıq, elektron informasiya təminatı, ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin həyata keçirilməsini təmin edir, məxfiçilik rejiminin təmin edilməsi istiqamətində tədbirlər görür.

Təhsilə dair tələblər:Ali
İş stajına dair tələblər:Dövlət qulluğu stajı 4 (dörd) il və ya ümumi iş stajı 6 (altı) il
Bilməlidir:Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.
Kompüter biliklərinə dair tələblər:

MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

Xarici dil biliklərinə dair tələb:

Rus dili – orta səviyyədə

İngilis dili – orta səviyyədə

Təşkilatçılıq səriştəsi:Yüksək
Problemi həll etmək səriştəsi:Yüksək
Qərar vermə qabiliyyəti:Yüksək
Ünsiyyət qabiliyyəti:Yüksək