Yeni qeydiyyatdan keçmiş 400-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib
Dərman vasitələrinin qiymətlərinin mütəmadi olaraq tənzimlənməsi prosesinin davamı kimi Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 19.06.2020-ci il tarixli 1 nömrəli növbəti qərarı ilə dövlət qeydiyyatından yeni keçmiş 400-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilmişdir.
Qeyd edək ki, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12114 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Azərbaycan RespublikasıTarif (qiymət) Şurasının Katibliyi