ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 13 yanvar tarixli 1 nömrəli Qərarının ləğv edilməsi barədə

29 YANVAR 2024 - 12:01

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 1

 

Bakı şəhəri, 29 yanvar 2024-cü il

 

“Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 13 yanvar tarixli 1 nömrəli Qərarının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü iI 31 avqust tarixli 115 nömrəli və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2007-ci il 22 may tarixli 583 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 13 noyabr tarixli 2350 nömrəli Fərmanlarının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi haqqında” 12 yanvar 2024-cü il tarixli № 3-27/3-7-1/2024 nömrəli Kollegiya Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki “Azərpoçt” MMC (Milli poçt operatoru) tərəfindən göstərilən universal poçt rabitəsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2022-ci il 13 yanvar tarixli 1 nömrəli Qərarı ləğv edilsin.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                       Mikayıl Cabbarov