ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolun qüvvədən düşməsi barədə

15 MART 2024 - 12:03

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

 

QƏRAR № 3

 

Bakı şəhəri, 15 mart 2024-cü il

 

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş VI Bölmənin – “Dövlət radiorabitə, radioyayım və televiziya yayımı texniki vasitələrindən istifadə olunmasına görə tariflər”in ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Yerüstü yayımın təmin olunması və siqnalın ötürülməsi ilə əlaqədar xidmət haqlarının məbləği”nin təsdiq edilməsi haqqında” 2024-cü il 20 fevral tarixli №3-27/3-7-4/2024 nömrəli Kollegiya Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli 9 nömrəli Protokolu ilə təsdiq edilmiş VI Bölmə – “Dövlət radiorabitə, radioyayım və televiziya yayımı texniki vasitələrindən istifadə olunmasına görə tariflər” ləğv edilsin.

 

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurasının sədri                                                       Mikayıl Cabbarov