Çıxış edənlər Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə nüfuzunun artması, milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması və sahibkarlığın inkişafı istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə geniş məlumat vermişlər.
Tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən sənədli film nümayiş olunmuşdur.