ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tarif Şurası ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması məsələsini nəzərdən keçirmir

4 сентября 2020 - 09:55

Şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması məsələsi müzakirə olunmur. Bu barədə Tarif Şurasının açıqlamasında deyilir.

 

“Şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Şuraya müraciət edilməyib və hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur”, - deyə məlumatda bildirilir.

 

Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

“Tarif Şurasının 30.07.2018-ci il tarixli qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib”, - deyə məlumatda qeyd olunur.*