İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR

11.02.2013

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

 

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
● ərizə (2 nömrəli əlavə)
● ağ fonda rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 fevral 2013-cü il tarixindən 25 fevral (25 fevral da daxil olmaqla) 2013-cü il tarixinədək, saat 09:00-dan 18:00-dək Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinə müraciət edilə bilər.
Telefonlar: 598-38-64 (daxili: 25)
İnternet sayt : www.tariff.gov.az  
Elektron poçt : e.shikhaliyev@tariff.gov.az

1. Struktur bölmə: Təhlil və tənzimləmə şöbəsi, Enerji, kommunal və su təchizatı xidmətləri sektoru 
Vakant vəzifə: sektor müdiri;
Vəzifənin kodu: 1460001
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılmasında iştirak edir;
sektorun əməkdaşları arasında qarşılıqlı və səmərəli işin qurulmasını təmin edir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlayır;
sektorun iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;
Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair şöbə müdirinə təkliflərini təqdim edir, sektor tərəfindən qanunvericilik aktlarının və zəruri olan digər sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət edir;
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
tarif (qiymət) tənzimlənməsi məsələləri ilə bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər verir, normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir və müvafiq sahədə xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
Şuranın və Katibliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə enerji, kommunal və su təchizatı xidmətləri göstərən təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillər aparır, müvafiq təklif və hesabatlar hazırlayır, subyektlərin müraciətlərinə baxılması üçün müvafiq məlumatların təmin edilməsinə dair tədbirlər görür; 
Şuranın qərarlarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasında və nəticələrinə dair arayışların hazırlanmasında, tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın və Katibliyin fəaliyyətinin əlaqələndirilməsində, müvafiq sahədə təkliflərin və hesabatların hazırlanmasında iştirak edir;
rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: ali təhsil;
iş stajı: 5 il;
kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET (yüksək səviyyədə) və s.;
xarici dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

2. Struktur bölmə: Təhlil və tənzimləmə şöbəsi, Nəqliyyat, rabitə və digər xidmətlər sektoru
Vakant vəzifə: baş məsləhətçi;
Vəzifənin kodu: 1460006
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
sektorun iş planının, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak edir;
Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair sektor müdirinə təkliflərini təqdim edir;
sektora daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır;
tarif (qiymət) tənzimlənməsi məsələləri ilə bağlı qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) formalaşması, onların tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflər verir, normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir və müvafiq sahədə xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
Şuranın və Katibliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəqliyyat, rabitə və digər xidmətləri göstərən təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillər aparır, müvafiq təklif və hesabatlar hazırlayır, subyektlərin müraciətlərinə baxılması üçün müvafiq məlumatların təmin edilməsinə dair tədbirlər görür; 
Şuranın qərarlarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasında və nəticələrinə dair arayışların hazırlanmasında, tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın və Katibliyin fəaliyyətinin əlaqələndirilməsində, müvafiq sahədə təklif və hesabatların hazırlanmasında iştirak edir;
rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: ali təhsil;
iş stajı: 3 il;
kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET (yüksək səviyyədə) və s.;
xarici dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

3. Struktur bölmə: Hüquq, kadrlar və təşkilati işlər şöbəsi, Maliyyə və təsərrüfat işləri sektoru
Vakant vəzifə: sektor müdiri;
Vəzifənin kodu: 1460011
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir, sektorun əməkdaşları arasında iş bölgüsünün aparılmasında iştirak edir;
sektorun əməkdaşları arasında qarşılıqlı və səmərəli işin qurulmasını təmin edir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları hazırlayır;
sektorun iş planından kənar məsələlərin baxılması təşəbbüsü ilə çıxış edir;
Şuranın sədri qarşısında hesabatla çıxış edilməli məsələlərə dair şöbə müdirinə təkliflərini təqdim edir, sektor tərəfindən qanunvericilik aktlarının və zəruri olan digər sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət edir;
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və müvafiq orqanlara təqdim edilməsini təmin edir;
bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlərin görülməsini təmin edir;
əsas vəsaitlərin və azqiymətli, tez köhnələn əşyaların hərəkətinə nəzarəti həyata keçirir;
əmək haqqının hesablanmasının həyata keçirilməsini, maliyyə əməliyyatları ilə bağlı digər sənədlərin tərtib edilməsini təmin edir;
ezamiyyət, məzuniyyət, mükafatlandırma ilə bağlı və s. bu kimi aidiyyəti əmrlərin layihələrinin hazırlanmasında iştirak edir;
mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyinin qorunmasını təmin edir;
əsas vəsaitlərin inventarlaşdırılmasının aparılmasını təşkil edir;
rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirir və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə istiqamətləri üzrə ali təhsil;
iş stajı: 5 il;
kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET (yüksək səviyyədə) və s.;
xarici dil bilikləri: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası