İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.07.2022

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 6

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 6

Bakı şəhəri, 26 iyul 2022-ci il

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tələbə
qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə
 

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).

2. Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul edilən qərar ilə eyni tarixdən qüvvəyə minir.

3. Bu qərarın qüvvəyə mindiyi tarixdən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 6 mart 2017-ci il tarixli 3 nömrəli qərarı ləğv edilsin.

 

 

Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası