İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

04.01.2021

“Dövlət fitosanitar xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 4 nömrəli Qərarının ləğv edilməsi barədə

QƏRAR № 4

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 4

Bakı şəhəri, 4 yanvar 2021-ci il


“Dövlət fitosanitar xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 4 nömrəli Qərarının
ləğv edilməsi barədə

 
“Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 avqust tarixli 307 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Dövlət fitosanitar xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2014-cü il 1 avqust tarixli 4 nömrəli Qərarı ləğv edilsin.
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası