İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

06.08.2019

Feldyeger rabitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 5

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 5

Bakı şəhəri, 6 avqust 2019-cu il


Feldyeger rabitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Feldyeger rabitəsi orqanı tərəfindən göstərilən xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).
 
2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş tariflər dövlət büdcəsindən maliyyələşən təşkilatlara şamil edilmir.
 
3. Bu qərar 2019-cu il 15 avqust tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası