İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

17.05.2018

“Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2012-ci il 13 iyul tarixli 2 nömrəli Qərarının ləğv edilməsi haqqında

QƏRAR № 5

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 5

Bakı şəhəri, 17 may 2018-ci il

“Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2012-ci il 13 iyul tarixli 2 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə və “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2012-ci il 13 iyul tarixli 2 nömrəli Qərarı ləğv edilsin.
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                        Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası