![]() İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev
Azərbaycan RespublikasıTarif (qiymət) Şurası |
![]() |
MƏLUMATLARİCTİMAİYYƏTLƏ ƏLAQƏ |
Müntəzəm verilən suallarSual:Qərarları necə əldə etmək olar?Cavab:Qərarlar kütləvi informasiya vasitələri ilə yayımlanır və Şuranın internet səhifəsində yerləşdirilir. Eyni zamanda, qəbul edilmiş qərarlara dair məlumatları Tarif (qiymət) Şurasının Katibliyinə müvafiq qaydada müraciət etməklə əldə etmək olar.Sual:Tarif (qiymət) Şurasında qərarlar necə qəbul edilir?Cavab:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarıyla təsdiq edilmiş formaya uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif (qiymət) Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir:
Subyektlər malın (xidmətin) qiymətinin dövlət tənzimlənməsinin təmin edilməsi məqsədi ilə həmin Qaydada nəzərdə tutulan sənədləri və məlumatları Şuraya təqdim edirlər: Sual:Tarif (qiymət) Şurası hansı sektorlarda qiymətləri tənzimləyir?Cavab:Tarif (qiymət) Şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil olan 39 sahə üzrə qiymət tənzimləməsini həyata keçirir Həmin qərarın mətni ilə saytımızda tanış ola bilərsiniz. |
|
© 2007 Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası |
||