İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR

30.08.2010

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Tarif (qiymət) Şurasının Katibliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
 ərizə (2 nömrəli əlavə)
 ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)
 
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 1 sentyabr 2010-cu il tarixdən 15 sentyabr 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin Maliyyə, təsərrüfat və ümumi işlər sektoru tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. 
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyinin Maliyyə, təsərrüfat və ümumi işlər sektoruna müraciət edilə bilər.


Telefonlar:    598-38-64
İnternet sayt : tariff.gov.az
Elektron poçt: tariff@tariff.gov.az
 
Dövlət orqanının adı: Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi
Struktur bölmənin adı: Tənzimləmə şöbəsi, Nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlərin tənzimlənməsi sektoru
İnzibati vəzifənin adı:  sektor müdiri
Vəzifənin kodu: 470001
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 465 manat
Qulluq funksiyaları
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlər sahəsi üzrə subyektlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillərin aparılması, müvafiq təklif və hesabatların hazır-lanması; 
təsərrüfat subyektlərinin təkliflərinə (layihələrinə) baxılması üçün subyektlərdən məlumatların alınmasına dair təkliflərin hazırlanması; 
tariflərin (qiymətlərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi;
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi; 
sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; 
sektorda iş bölgüsünün aparılması və rəhbərliyin həyata keçirilməsi və s.
Vəzifənin tutulması şərtləri: 
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə, telekommunikasiya ixtisas istiqamətləri, elektrik təchizatı ixtisası üzrə ali təhsil;
iş stajı: azı 3 il; 
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)

2. Struktur bölmənin adı: Tənzimləmə şöbəsi, Nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlərin tənzimlənməsi sektoru
İnzibati vəzifənin adı:  baş məsləhətçi
Vəzifənin kodu: 470002
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 416 manat
Qulluq funksiyaları
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
nəqliyyat, rabitə, sənaye və kommunal xidmətlər sahəsi üzrə subyektlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə təhlillərin aparılması, müvafiq təklif və hesabatların hazır-lanması; 
təsərrüfat subyektlərinin təkliflərinə (layihələrinə) baxılması üçün subyektlərdən məlumatların alınmasına dair təkliflərin hazırlanması; 
tariflərin (qiymətlərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə, telekommunikasiya ixtisas istiqamətləri, elektrik təchizatı ixtisası üzrə ali təhsil;
iş stajı: azı 2 il;
 kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)


3. Struktur bölmənin adı: Monitorinq, təhlil və metodologiya şöbəsi, Təhlil və monitorinq sektoru
İnzibati vəzifənin adı:  sektor müdiri
Vəzifənin kodu: 470014
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 465 manat
Qulluq funksiyaları
qiymətlərin iqtisadi cəhətdən əsaslığı, səmərəliliyinin, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar və təhlillərin aparılmasının təmin edilməsi; 
Şuranın qərarlarının yerinə yetirilməsi ilə əlaqədar müvafiq monitorinqlərin aparılmasının və aparılmış monitorinqlərin nəticələri barəsində arayışların hazırlanmasının təmin edilməsi; 
tariflərin (qiymətlərin) tənzimlənməsi üzrə dövlət siyasətinin və dövlət tənzimlənməsinin həyata keçirilməsində, o cümlədən tənzimləməyə dair normativ hüquqi aktların hazırlanmasında iştirak; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi; 
sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; 
sektorda iş bölgüsünün aparılması və rəhbərliyin həyata keçirilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil; 
iş stajı: azı 3 il; 
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)

4. Struktur bölmənin adı : Monitorinq təhlil və metodologiya şöbəsi, Metodologiya və informasiya sektoru
İnzibati vəzifənin adı:  sektor müdiri
Vəzifənin kodu: 470011
Ştat vahidinin sayı: 1
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu,    Ü. Hacıbəyov küçəsi 40, “Hökumət Evi”
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 465 manat
Qulluq funksiyaları
Şura  tərəfindən nəzərdə tutulan tədbirlərin icrasını həyata keçirən qurumlardan məlumat toplanması, təhlillər aparılması və  onların icrasının həyata keçirilməsinin təmin edilməsi; 
dövlət strukturları, beynəlxalq və yerli qurumlarla Şuranın fəaliyyətinin əlaqələndirilməsi, təkliflərin və müvafiq hesabatların hazırlanmasının təmin edilməsi; 
müvafiq icra hakimiyyəti orqanla¬rının, müəssisə və təşkilatların mütəxəsislərindən və ekspertlərdən ibarət katibliyin işçi qruplarının formalaşmasında iştirak; 
sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi; 
sektorun fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; 
normativ hüquqi aktların hazırlanmasında iştirak, beynəlxalq təcrübənin öyrənilməsi; sektorda iş bölgüsünün aparılması və rəhbərliyin həyata keçirilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil; 
iş stajı: azı 3 il; 
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası