İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

24.11.2011

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə (Bölmə VII) dəyişiklik edilməsi barədə

QƏRAR № 8

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

Q Ə R A R №08

Bakı şəhəri,       24 noyabr 2011-ci il

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nə (Bölmə VII) dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin (Bölmə VII) “Qeydlər” hissəsinə aşağıdakı redaksiyada 12-ci bənd əlavə edilsin və 12-ci bənd 13-cü bənd hesab edilsin:
“12. “Respublika ərazisində fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən istifadə edilən (o cümlədən, müvəqqəti) radiotezlik və radiorabitə vasitələrindən istifadə haqları (aylıq ödəniş)” yarımbölməsində və “Yerüstü peyk stansiyalarından verilənlərin (data) ötürülməsi prosesində tezlik zolaqlarında istifadə olunan tutuma (ötürmə sürətinə) görə tariflər” bölməsində müəyyən edilmiş aylıq tariflər Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq, beynəlxalq təşkilatların nümayəndəlikləri üçün illik tarif kimi tətbiq olunur.”.
2. Tariflər 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                 Şahin Mustafayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası