İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.12.2009

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 8

     Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması  və  tətbiqi  üzərində  dövlət nəzarətinin təmin  edilməsi Qaydaları”na  və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30  dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
 
1. “AzStateNet” şəbəkəsinin yerlərdəki avadanlıqlarına qədər olan qoşulma üçün simmetrik rəqəmsal portdan aylıq istifadə tarifləri aşağıdakı kimi təsdiq edilsin:
 
Sıra
№-si
Qoşulma növü və sürət
Tariflər (aylıq) manatla
 (ƏDV-siz)
 
 1.10 mb/s Ethernet port                                                              
 250,0
 2. 100 mb/s Ethernet port 400,0
 3. 2 mb/s E1 port 280,0
 4. 2 mb/s xDSL port

 170,0

 
2. Bu qərar 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                       Şahin Mustafayev

 
 
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası