İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

30.12.2009

“Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə

QƏRAR № 7

        Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi” Qaydaları”na, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətinə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
 
1. “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 1 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 19, 20 və 22-ci bəndlərinin “məhsulların adı” sütunu müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
 “19. Koks KT-A”, “20. Koks KT-T” və “22. Koks KT-Q”.

2. Həmin qərarın 1-ci bəndinin cədvəl hissəsinin 21-ci  bəndi çıxarılsın və növbəti bəndlər yeni sıra nömrəsinə uyğunlaşdırılsın.

3. Bu qərar 2010-cu il 01 yanvar tarixindən qüvvəyə minir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                               Şahin Mustafayev

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası