İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

06.01.2007

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri

QƏRAR № 5

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin aşağıda göstərilən xidmətlərinin tarifləri təsdiq edilsin.

Sıra №-si

Xidmətlərin adı

Tariflər (ƏDV ilə) manatla

1.

Dövlət qeydiyyat nişanlarının verilməsi

18

2.

Qeydiyyat şəhadətnaməsinin verilməsi

15

3.

Sürücülük vəsiqəsinin verilməsi

16

4.

Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi

5,0

5.

Avtomobil yollarının ayırma zolağında inşa olunan obyektlərdə təhlükəsiz hərəkət sxemlərinin hazırlanması və razılaşdırılması

5,0

6.

Qeyri-standart, iri qabaritli yük, partlayıcı və radioaktiv maddələr daşıyan nəqliyyat vasitələrinin Baş Dövlət Yol Polisi İdarəsinin patrul xidməti avtomobilləri ilə müşayiət edilməsi:

 


 


Hərəkət sürəti (km/saat)

Manat/km

 


 


BMW

VW-PASSAT

 


 


Horizontal

Yoxuşlu

Horizontal

Yoxuşlu

6.1.

50-yə qədər olduqda

1,11

1,15

0,75

0,77

6.2.

50-dən 70-ə qədər

1,81

1,89

1,22

1,26

6.3.

70-dən 90-a qədər

2,24

2,32

1,42

1,56

6.4.

90-dan yuxarı olduqda

2,45

2,52

1,67

1,71

Bir patrul avtomobili ilə müşayiətin ümumi tarifi avtomobilin markasından, hərəkət sürətindən və qət ediləcək yolun formasından asılı olaraq müəyyənləşdirilmiş qiymətlə, qət ediləcək məsafənin hasili üzərinə qanunvericiliklə nəzərdə tutulmuş ezamiyyə xərci və ƏDV əlavə olunmaqla hesablanır.

2. Təsdiq olunmuş tariflər 2007-ci il 08 yanvar tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri H.Babayev

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

  30 iyun 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası