İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

04.09.2007

Dəmir yolu nəqliyyatı ilə Azərbaycan Respublikası ərazisində beynəlxalq yükdaşıma xidmətlərinin tarifləri barədə

QƏRAR № 23

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 04 sentyabr tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının qoşulduğu Müstəqil Dövlətlər Birliyi iştirakçıları dövlətlərinin hökumət başçıları şurasının 18 oktyabr 1996-cı il tarixli qərarı ilə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyi iştirakçıları dövlətlərinin dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin təyin edilməsi Konsepsiyası”na əsasən 1993-cü il 17 fevral tarixli MDB iştirakçıları dövlətlərinin Dəmiryol İdarələrinin Tarif Sazişi çərçivəsində hər il keçirilən tarif konfranslarında təsdiq edilən tarif dərəcələri Azərbaycan Respublikası ərazisində dəmiryolu nəqliyyatı ilə beynəlxalq və dövlətlərarası yükdaşıma xidmətlərinin tariflərinin yuxarı həddi kimi qəbul edilsin.

2. Azərbaycan Respublikası Dövlət Dəmiryol İdarəsi MDB iştirakçıları dövlətlərinin Dəmiryol İdarələrinin Tarif Sazişi çərçivəsində hər il keçirilən tarif konfranslarına müzakirə və təsdiq üçün təqdim edilən tarif siyasəti barədə təkliflərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına təqdim etsin.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının Sədri                        H.Babayev

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası