İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

12.04.2006

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə

QƏRAR № 8

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli iclasının QƏRARINA ƏSASƏN:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilsin.

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər
(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi

1 ədəd/reys

20,0

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

1 ədəd/gün

0,30

2. Təsdiq olunmuş tariflər 2006-cı il 01 may tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.


Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurasının sədri H.Babayev

 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası