17.05.2018
Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə
QƏRAR № 3
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 3
Bakı şəhəri, 17 may 2018-ci il
Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 1. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzvlərinə verilən ovçuluq biletinin qiyməti aşağıdakı kimi təsdiq edilsin:
№ | Xidmətin adı | Müddət | Qiymət (ƏDV ilə, manat) |
1. | Ovçuluq biletinin verilməsi | Müddətsiz | 40,0 |
2. Bu qərar 2018-ci il 18 may tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev