14.07.2017
“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
QƏRAR № 8
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI QƏRAR №8
Bakı şəhəri, 14 iyul 2017-ci il
“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə”Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli2 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və SOCAR-ın müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR: 1. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nin cədvəl hissəsinin 2-ci sətri aşağıdakı redaksiyada verilsin:
"
2. | Avtomobil benzini (Aİ-92) | 619,36 | 42,0 | 260,13 | 15,0 | 1052,8 | 26,2 | 1179,0 | 0,90 |
"
2. Bu qərar 2017-cı il 15 iyul tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev