İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

05.04.2016

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

QƏRAR № 3

AZƏRBAYCAN  RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 3

Bakı şəhəri, 5 aprel 2016-cı il

   

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 8 nömrəli Qərarının 1-ci bəndinin cədvəl hissəsinin 2-ci sətri aşağıdakı redaksiyada verilsin:
 

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

 

 

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla)

1 ədəd/gün

1,0

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10  tona qədər olduqda (10 ton daxil olmaqla)

1 ədəd/gün

2,0

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3,0


2. Bu qərar 6 aprel 2016-cı il tarixindən qüvvəyə minir. 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                                                       Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası