İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

28.10.2015

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 11

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR №11
Bakı şəhəri, 28 oktyabr 2015-ci il

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq və “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən laboratoriya, məsləhət və ekspertiza xidmətlərinin tarifləri aşağıdakı kimi təsdiq edilsin:
 

Xidmətlərin adı

Tariflər
(ƏDV ilə, manatla)

I

II

III

1.

Laboratoriya xidmətləri

 

1.1.

Taxıl və yeyinti məhsullarında göstəricilərin təyini

(hər maddə üzrə bir analiz üçün)

 

1.1.1.

Orqanoleptik

2,0

1.1.2.

Fiziki

4,0

1.1.3.

Kimyəvi

8,0

1.2.

Taxıl və yeyinti məhsullarında toksiki göstəricilərin təyini (bir analiz üçün)

 

1.2.1.

Ağır metallar (Cu, Zn, Pb, Fe, Ni, Cr, Co, Hg, Cd, As, Sn, Mn) (hər maddə üzrə)

20,0

1.2.2.

Biotoksinlər (DSP, PSP,ASP) (hər maddə üzrə)

25,0

1.2.3.

Nistamin

50,0

1.2.4.

Nitrozaminlər (TVB-N, TMA-N) (hər maddə üzrə)

40,0

1.2.5.

Pestisidlər

60,0

1.2.6.

Mikotoksinlər

 

1.2.6.1.

Aflatoksin B1, B2, G1, G2, M1, zearalenon, ochratoxin A, dezoksinivalenol, T-2 toksin (hər maddə üzrə)

70,0

1.2.7.

Patulin

70,0

1.2.8.

Benzopiren

50,0

1.2.9.

Dioksinlər

50,0

1.2.10.

Antibiotiklər

40,0

1.2.11.

Nitrat və nitritlər

30,0

1.2.12.

Metanol, sivuş yağları, aldehidlər, mürəkkəb efirlər (hər maddə üzrə)

45,0

1.2.13.

Testesteron, DES, metiltestesteron, progestesteron (hər maddə üzrə)

20,0

1.3.

Taxıl və yeyinti məhsullarında radioloji göstəricilərin (sezium, stronsium) təyini (hər maddə üzrə bir analiz üçün)

50,0

1.4.

Taxıl və yeyinti məhsullarında mikrobioloji göstəricilərin təyini (bir analiz üçün)

 

1.4.1.

Mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər, süd turşulu mikroorqanizmlər (hər maddə üzrə)

20,0

1.4.2.

BÇBQ (koliforma, kolindeks), proteus, kif və maya göbələkləri, bacillus cereus bakteriyaları, sulfit reduksiyaedici bakteriyalar, kartof çöpləri (hər maddə üzrə)

20,0

1.4.3.

Eneterokokk, P.aeuruginosa, L.monocitogenes, fekal koliform, xloramfenikol (hər maddə üzrə)

20,0

1.4.4.

V.parahaemolytics

25,0

1.4.5.

Staphylococcus aureus

25,0

1.4.6.

Ümumi əsaslı uçucu azot (TVB-N)

25,0

1.4.7.

Patogen mikroorqanizmlər, o cümlədən salmonellalar

30,0

1.4.8.

Sərbəst və ümumi kükürd turşuları

30,0

1.4.9.

Sənaye sterilliyi

40,0

1.4.10.

Sorbin turşusu

60,0

1.4.11.

Bor turşusu

20,0

1.4.12.

Klostridium perfingens

45,0

1.5.

Suda kationların (Li+, Na+, K+, NH4+, Mg2+, Ca2+), anionların (Cl-, P043-, N03-, N02-, SO42-, F-, Br-) təyini (hər qrup maddə üzrə bir analiz üçün)

50,0

2.

Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətləri

 

2.1.

Kənd təsərrüfatı məhsulları (çəkiyə görə)

 

2.1.1.

10 tona qədər

6,0

2.1.2.

10 tondan 50 tona qədər

15,0

2.1.3.

50 tondan 100 tona qədər

20,0

2.1.4.

100 tondan 200 tona qədər

30,0

2.1.5.

200 tondan 500 tona qədər

60,0

2.1.6.

500 tondan yuxarı

120,0

2.2.

Yeyinti məhsulları (çəkiyə görə)

 

2.2.1.

10 tona qədər

6,0

2.2.2.

10 tondan 50 tona qədər

15,0

2.2.3.

50 tondan 100 tona qədər

20,0

2.2.4.

100 tondan 200 tona qədər

30,0

2.2.5.

200 tondan 500 tona qədər

60,0

2.2.6.

500 tondan yuxarı

120,0

2.3.

Sənaye malları (çəkiyə görə)

 

2.3.1.

10 tona qədər

15,0

2.3.2.

10 tondan 50 tona qədər

20,0

2.3.3.

50 tondan 100 tona qədər

35,0

2.3.4.

100 tondan 200 tona qədər

60,0

2.3.5.

200 tondan 500 tona qədər

80,0

2.3.6.

500 tondan yuxarı

120,0

2.4.

Kimya sənayesi və neft məhsulları (hər bir ton üçün)

1,0

2.5.

Maşın və avadanlıqlar (dəyərə görə)

 

2.5.1.

20 min manata qədər

30,0

2.5.2.

20 min manatdan 50 min manata qədər

65,0

2.5.3.

50 min manatdan 75 min manata qədər

100,0

2.5.4.

75 min manatdan 100 min manata qədər

140,0

2.5.5.

100 min manatdan yuxarı

170,0

2.6.

Taxta və meşə materialları (həcmə görə)

 

2.6.1.

30 m3-ə qədər

105,0

2.6.2.

30 m3-dən 60 m3-ə qədər

140,0

2.6.3.

60 m3-dən yuxarı

170,0

2.7.

Xam neft (hər bir sertifikat üçün keçirilən ekspertizaya görə)

2300,0

2.8.

Təbii qaz (1 mln. m3 üçün)

280,0

2.9.

Elektrik enerjisi (1 mln. kVts üçün)

180,0

2.10.

Qara metal (1 ton üçün)

0,03

2.11.

Əlvan metal (1 ton üçün)

1,5

2.12.

Əlvan metal birləşmələri (oksidlər, hidroksidlər, peroksidlər) (1 ton üçün)

0,4

2.13.

İstehsalat və məişət tullantıları (1 ton üçün)

0,7

3.

Müraciət əsasında Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi ilə bağlı planların hazırlanması və məsləhət xidmətlərinin göstərilməsi

(istehsal və ya emal olunan bir məhsul növü üzrə)

2800,0

 
 
2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:
 
2.1. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli 9 nömrəli Qərarı;
 
2.2. “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 9 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2013-cü il 26 aprel tarixli 2 nömrəli Qərarı.
 
3. Bu qərar 1 noyabr 2015-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri                                        Şahin Mustafayev
 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası