İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

29.12.2010

Əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşdırılması, vətəndaşlarımıza layiqli həyat səviyyəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi strategiyasının əsas məqsədidir.

    Aparılan islahatların və qazanılmış makroiqtisadi nailiyyətlərin sosial rifaha, hər bir vətəndaşın həyatında əsaslı dəyişikliklərə, insan amilinin inkişafına xidmət etməsi ölkəmizin hər bir vətəndaşının, o cümlədən Naxçıvan Muxtar Respublikasının sakinlərinin həyat səviyyəsinə mühüm təsir göstərir.
   Naxçıvan Muxtar Respublikasının blokada şəraitinin yüngülləşdirilməsi məqsədilə son illərdə həyata keçirilən infrastruktur layihələri, o cümlədən Naxçıvan aeroportunun müasir tələblər əsasında yenidən qurulması, müasir sərnişin təyyarələrinin istismara verilməsi, beynəlxalq uçuşların təşkili və s. kimi layihələr vacib və əhəmiyyətli rol oynayır.
   Bu işlərin davamı olaraq, dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən,  Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29 dekabr 2010-cu il tarixində keçirilmiş iclasında blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının əhalisinin həyatında xüsusi rolu olan Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysi üzrə sərnişindaşıma tariflərinə yenidən baxılmışdır.
    Qəbul edilmiş qərara əsasən Bakı-Naxçıvan və Naxçıvan -Bakı istiqaməti üzrə sərnişindaşıma tarifi  95 manatdan 70 manata endirilmişdir ki, bunun da 20 manatı dövlət büdcəsi hesabına ödəniləcəkdir. Belə ki, bu qəraradək sərnişinlər bir bilet üçün 75 manat ödəyirdilərsə, qərarın qüvvəyə mindiyi tarixdən etibarən sərnişinlər bir bilet üçün 50 manat ödəyəcəklər.
     Yeni tariflər 1 yanvar 2011-ci il tarixdən tətbiq ediləcəkdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası