İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Albaniyada beynəlxalq konfrans keçirilmişdir

11.10.2010

Albaniyanın paytaxtı Tirana şəhərində “Albaniyanin Enerji sektoru, Dəyişikliklər və Tənzimləmə” mövzusunda Konfrans keçirilmişdir. Konfransda Albaniya, İtaliya, ABŞ, Makedoniya, Bosniya, Xorvatiya, Macarıstan, Slovakiya, Serbiya, Rumıniya, Estoniya, Polşa, Latviya, Çernoqoriya və Moldovadan olan 120 nəfərə yaxın dövlət rəsmisi, tənzimləyici, auditor iştirak etmişdir. 

Azərbaycanı bu tədbirdə Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov təmsil etmişdir. Konfransda enerji təchizatının təhlükəsizliyi və tənzimləyici aspektlər, enerji istehlakında və istehsalında səmərəlilik və tənzimləyicilərin rolu, keyfiyyət standartları və istehlakçı hüquqlarının qorunması mövzularında mühazirələr dinlənilmişdir.
Tarif (qiymət) Şurasının katibi Elşən Əsədov Albaniyaya səfəri çərçivəsində həmçinin, Enerji Tənzimləyicilərinin Regional Assosasiyasının (ERRA) Sədrlər Toplantısında və Rəyasət Heyətinin iclasında da iştirak etmişdir. İclasda ERRA-nın gələcək fəaliyyətinə, 10-cu “Energetikaya İnvestisiyalar və Tənzimləmə Konfransı” üçün mövzuların və məruzəçilərin seçilməsinə dair müzakirələr aparılmışdır. 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası