İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

30.12.2009

       2009-cu il 30 dekabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
       İclasda aidiyyəti qurumların müraciəti əsasında xam neftin topdansatış qiyməti və nəqli tarifinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin və Səhiyyə Nazirliyi tərəfindən obliqat qruplara verilən tibbi müayinə kartının qiymətinin tənzimlənməsi məsələlərinə baxılmışdır.

       Belə ki, indiyədək xam neftin mövcud topdansatış qiyməti nəql tarifi nəzərə alınmaqla tənzimlənirdi. Tarif (qiymət) Şurasının qərarı ilə, xam neftin nəqlinin təbii inhisar fəaliyyətinə aid olduğu nəzərə alınaraq, xam neftin mövcud topdansatış qiyməti 1 ton üçün 53,6 manat (ƏDV-siz), nəqli tarifi isə 1 ton üçün 2,6 manat (ƏDV-siz) səviyyəsində müəyyənləşdirilmişdir.
       Şuranın digər qərarına əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən neft məhsulları üçün təsdiq edilmiş yeni standartlara uyğun olaraq, neft məhsulları üzrə qüvvədə olan qiymət cədvəlində 3 məhsulun (koks məhsulları) adında dəyişiklik edilmiş, biri isə cədvəldən çıxarılmışdır.
       Tarif (qiymət) Şurasının iclasında həmçinin, “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinə baxılmış və yeni tariflər təsdiq edilmişdir. Qərara əsasən, şəbəkənin yerlərdəki avadanlıqlarına qədər olan qoşulma üçün simmetrik rəqəmsal portdan aylıq istifadə tarifləri 10 mb/s Ethernet port üçün 250 manat, 100 mb/s Ethernet port üçün 400 manat, 2 mb/s E1 port üçün 280 manat, 2 mb/s xDSL port üçün 170 manat səviyyəsində müəyyən edilmişdir.
       Bundan başqa, Tarif (qiymət) Şurasının qərarı ilə Səhiyyə Nazirliyi tərəfindən obliqat qruplara verilən tibbi müayinə kartının qiyməti 1 ədəd üçün 8 manat səviyyəsində müəyyən olunmuşdur.
       Yeni tariflər 2010-cu ilin yanvar ayının 1-dən qüvvəyə minəcəkdir.

Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının Katibliyi

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası