İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

XƏBƏRLƏR

30.12.2009

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

       2009-cu il 30 dekabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
       İclasda aidiyyəti qurumların müraciəti əsasında xam neftin topdansatış qiyməti və nəqli tarifinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin “AzStateNet” optik şəbəkəsinə qoşulma (aylıq istifadə) tariflərinin və Səhiyyə Nazirliyi tərəfindən obliqat qruplara verilən tibbi müayinə kartının qiymətinin tənzimlənməsi məsələlərinə baxılmışdır.

ətraflı

30.09.2009

AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR

      2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. 
      Tarif (qiymət) Şurasının iclasında Bakı Metropoliteninin sərnişindaşıma xidmətinin tarifinə yenidən baxılmasına dair müraciəti müzakirə olunmuş və qərar qəbul edilmişdir.

ətraflı

14.09.2009

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov “Qafqaz Ekoloji İnfrastruktur/Yaşıl Enerjiyə İnvestisiya və Maliyyə Sammiti 2009” adlı tədbirdə iştirak etmişdir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibi E.Əsədov Avropa Birliyinin Şərq Tərəfdaşlığı prosesi çərçivəsində 2009-cu il 8-9 sentyabr tarixlərində Gürcüstanın Tiflis şəhərində “Qafqaz Ekoloji İnfrastruktur/Yaşıl Enerjiyə İnvestisiya və Maliyyə Sammiti 2009” adlı tədbirdə iştirak etmişdir.

ətraflı

31.07.2009

AZƏRBAYCAN RESPUBLİKASI TARİF (qiymət) ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR

      2009-cu il 31 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.
      Məlum olduğu kimi, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli, 116 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq olunmuşdur. Əsasnamədə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumlarına fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərə görə xidmət haqqı almaq səlahiyyətləri müəyyən edilmişdir.

ətraflı

03.07.2009

Yeni tariflər istehlakçıların keyfiyyətli və etibarlı qaz təchizatına xidmət edir

  03.07.09

      Tarif (Qiymət) Şurasının son iclasında müəyyən xidmətlərin tariflərinə yenidən baxılmış, müvafiq dəyərləndirmələr aparılmışdır. Bu barədə qəbul edilən qərarlar, xüsusən də təbii qazın qiymətində edilən dəyişikliklər iqtisadçı ekspertlər tərəfindən məqsədyönlü və düzgün addım sayılaraq, davamlı iqtisadi islahatların tərkib hissəsi kimi səciyyələndirilmişdir. Lakin bu məqamla bağlı ictimai rəydə yanlış təsəvvür yaratmağa cəhdlər olunur, əsassız, qərəzli informasiyalar yayılır və məlum radikal siyasi qruplar tərəfindən məsələ öz mahiyyəti üzrə kontekstdən çıxarılaraq bədxah mövqedən şərh edilir.

ətraflı

02.07.2009

Azərbaycanda qazın qiymətlərinin artırılması qaz təsərrüfatının maliyə imkanlarını genişləndirəcək - Tarif Şurasının katibi ilə müsahibə

02.07.09 12:50

Azərbaycan, Bakı, 02 iyul / Trend Capital, müxbir İ.Xəlilova /

      Azərbaycanın Tarif (qiymət) Şurası iyunun 30-da keçirilən növbəti iclasında məişət istehlakçıları üçün qazın qiymətlərinin 2,1 dəfə artırılması haqqında qərar qəbul edib. Şuranın qərarı ilə qazın hər 1000 kub metrinin qiyməti 47,2 manatdan 100 manata kimi artırılıb. Tariflərin artırılması əhalinin təbii qaz təchizatının yaxşılaşdırılması məqsədi güdür. Qərar 2009-cu ilin iyul ayının 1-dən qüvvəyə minib.

ətraflı



© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası